Sensitive information
Kritik informasiya − itirilməsi, qeyri-düzgün istifadəsi, modifikasiyası və ya açılması milli maraqlara ziyan vura bilən və ya milli proqramların yerinə yetirilməsinə mane ola bilən və ya ayrıca şəxslərin maraqlarına ziyan vura bilən, lakin bununla belə milli müdafiə və ya xarici siyasət maraqlarına toxunmayan istənilən informasiya. Kommersiya sektorunda kritik informasiya anlayışı analoji daxil edilir − itirilməsi, qeyri-düzgün istifadəsi, modifikasiyası və ya açılması şirkətin və ya digər təşkilatın maraqlarına maddi və ya qeyri-maddi (mənəvi ziyan) formada ziyan vura bilən informasiya.